Azay Quliyev seçicilərlə görüş keçirib - FOTOLAR

Azay Quliyev seçicilərlə görüş keçirib - FOTOLAR

Hazırda oxunan: Azay Quliyev seçicilərlə görüş keçirib - FOTOLAR

612135
Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 20, 21, 22, 26 saylı və 6-cı mikrorayon Svetlana Məmmədova küçəsi, 201, 203, 207, 209, Üzeyir Hacıbəyov küçəsi, 2a, 4, 6, 2/10, 4b, İsrafil Həşimov küçəsi, 8, 4a, 205b, 6a və İlqar Cümşüdov küçəsi, 1/7, 3, 4, 15, 15a saylı binaların həyətində seçiciləri ilə görüş keçirib. 
 
Moderator.az xəbər verir ki, görüşdə iştirak edən seçicilər 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, 20, 21, 22 və 26 saylı binaların həyətində  yerləşən qeyri- yaşayış sahəsinin ilkin təyinatına uyğun istifadə olunması və əhalinin qanuni maraqlarına zidd tikinti fəaliyyətinə yol verilməməsinə kömək etməyi xahiş ediblər.
 
6-cı mikrorayonda keçirilən görüşdə isə seçicilər fəaliyyətini dayandırmış  27 saylı şəhər poliklinkasının binasının yenidən tikilməsi ilə bağlı deputata edilən müraciətin nəticəsi ilə maraqlandılar. Azay Quliyev bildirdi ki, poliklinika binasının tikintisi ilə əlaqədar müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılmış  və cari ilin investisiya planına salınmasına nail olunmuşdur. Yaxın aylarda 27 saylı poliklinika üçün yeni binanın tikintisi gözlənilir. Görüşdə iştirak edən Səhiyyə Nazirliyinin məsul əməkdaşları Asif Əmirəhmədov və Elçin Paşayev müvafiq işlərə başlamaq üçün nəzərdə tutulan işlər barəsində ətraflı məlumat verdilər. Seçicilərin qaldırdığı digər məsələlərinin həlli ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbərinin iştirakı ilə konkret qərarlar qəbul ediblər.
 
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
 
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova iştirak edib.
 
 
10413671041365
1041366
1041364
 
1041363
1041362
1041361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO