Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

Hazırda oxunan: Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

611836

Azərbaycanda iki qurum - “BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilib və Bakı Metropoliteninə birləşdirilib. Bu barədə mayın 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

Ləğv edilmiş qurumlar və onların rəhbərləri ilə bağlı faktları təqdim edirik:

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

“BakuBus” MMC-nin direktoru Hikmət Qəribovdur. O, bu vəzifəyə 2024-cü il aprelin 19-da təyin edilib. H.Qəribov direktor vəzifəsində Elnur Qarayevi əvəzləmişdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Taksi Xidməti” MMC Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdı.

“Bakı Taksi Xidməti” MMC-yə Fuad Əliyev rəhbərlik edir. O, 2019-cu ilin iyul ayında əvvəlki direktor Ələsgər Şirinov vəzifəsindən ayrıldıqdan sonra bu quruma rəhbər təyin edilib.

Fuad Əliyev buna qədər həmin müəssisədə direktor müavini vəzifəsində çalışıb. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO