Masallıda avtomobili cızan şəxs cərimələnib.
Bizim.Media lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin qarşısında baş verib.
26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir - red.) hotelin qarşısında saxlanılan bir qadına məxsus "Changan Unı-T" markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub.
Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və tanışı olan qız bıçaqla avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib.
Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1 788 manat ziyan dəyib.
Məhkəmənin qərarı ilə B.Quliyev barəsində 1 788 manat məbləğində cərimə cəzası təyin edilib.
Bizim.Media


































































































