“Qəbul imtahanlarında plandankənar heç bir mövzu olmur. Bütün suallar 7-ci sinifdən başlayaraq bütün siniflərdə verilən anlayışların əsasında qurulan suallardır. Burada proqramdan kənar sual heç zaman olmayıb və yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “ASAN Radio”nun canlı efirində qonaq olduğu proqramda deyib.
O bilirib ki, imtahanda şagirdlərin düşünmə, tətbiq etmək bacarıqları yoxlanılır:
“Tapşırıqların formatı da əvvəldən məlumdur. Biz model testləri öncədən elan edirik. Həmin modeldən də kənara çıxmamışıq. Təəssüflər olsun ki, imtahana hazırlıq marafonunu quran müəllimlər biz verdiyimiz tövsiyələri nəzərə almırlar. Onlar öyrəniblər ki, eyni səviyyədə hazırlıq aparsınlar və şagirdləri bu istiqamətdə aparsınlar. Yalnız 10-11-ci sinifdə hazırlıqla məşğul olub bütün proqramı mənimsəmək mümkün deyil. İbtidai sinifdə də, V və digər siniflərdə də oxumaq lazımdır. Bu, zəncirvari bir prosesdir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:25 / 06.05.2026
Məleykə Abbaszadə: “10-11-ci sinifdə hazırlaşıb, bütün proqramı mənimsəmək mümkün deyil”
Hazırda oxunan: Məleykə Abbaszadə: “10-11-ci sinifdə hazırlaşıb, bütün proqramı mənimsəmək mümkün deyil”
Hazırda oxunan: Məleykə Abbaszadə: “10-11-ci sinifdə hazırlaşıb, bütün proqramı mənimsəmək mümkün deyil”
611497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































