Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Hazırda oxunan: Evdə saf yağ hazırlama qaydası...

610798

Yeməklərə xüsusi ətir qatan, dünyada "Ghee", Osmanlı mətbəxində isə "Revgan-ı Sade" olaraq bilinən sadə yağ (saf yağ) kərə yağının ən təmiz halıdır. Yüksək yanma dərəcəsi və uzun rəf ömrü ilə seçilən bu yağı evdə hazırlamağın 4 əsas püf nöqtəsi və qaydası aşağıdakılardır.

Bizim.Media xəbər verir ki, mümkün qədər qoyun südündən hazırlanmış, tamamilə duzsuz və qatqısız kərə yağı seçilməlidir.

Yağı kiçik parçalara bölərək dərin bir qazanda, ocağın ən aşağı temperaturunda qaraltmadan və yandırmadan səbirlə əritmək lazımdır.
 

Yağ əridikcə səthində süd zülallarından ibarət ağ köpüklər yaranır. Bu köpükləri bir qaşıq vasitəsilə ehtiyatla yığmaq lazımdır. Ən vacib qayda yağı qətiyyən qarışdırmamaqdır ki, dibə çökən tortalar yuxarı qalxmasın. Yağ tamamilə şəffaflaşdıqda və fındıq qoxusu gəlməyə başladıqda ocaq söndürülməlidir.


Hazır olan yağ təmiz bir tənzifdən keçirilərək şüşə bankaya süzülməlidir. Bu proses yağın tərkibindəki sonuncu süd qalıqlarını da təmizləyir. Tərkibində su və ayran qalmadığı üçün sadə yağ soyuducuda bir ilə qədər xarab olmadan qala bilir.

Yağın saxlama müddətini daha da artırmaq və içindəki nəmi tamamilə yox etmək üçün bankaya tökərkən üzərinə bir az bulğur səpmək olar. Bulğur dənələri nəmi özünə çəkərək təbii qoruyucu rolunu oynayır.

Sadə yağ 250 dərəcəyə qədər yanmadan qala bildiyi üçün qızartma və fırın yeməklərində istifadə üçün idealdır. Otaq temperaturunda qatı formada qalsa da, bədən temperaturunda dərhal əriyən bir quruluşa malikdir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO