“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

Hazırda oxunan: “Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

610789

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
 

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Lahor marşrutu üzrə "Airblue" aviareyslərinin istifadəyə verilməsi ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Airblue"nun Bakı bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.


Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaradır, eyni zamanda, Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.
 

Bakı–Lahor istiqaməti artıq "Azərbaycan Hava Yolları" (AZAL) və "Pakistan International Airlines" tərəfindən də icra olunur. "Airblue" aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.


Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO