İşğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası artıq ilk uğurlarını göstərməkdədir.
Bizim.Media xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən verilən məlumata görə, respublika fənn olimpiadalarının final turunun nəticələrinə əsasən, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Yusif Elnur oğlu İsmayılzadə tarix fənni üzrə gümüş medala layiq görülüb.
Bu nailiyyət işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətə başlamasından sonra əldə edilən ilk olimpiada uğuru kimi xüsusi əhəmiyyət daşıyır və Böyük Qayıdışın təhsil sahəsindəki uğurlu nəticələrinin bariz nümunəsidir. (azertag.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:41 / 25.04.2026
İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ
Hazırda oxunan: İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ
Hazırda oxunan: İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ
609325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































