Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Hazırda oxunan: Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

609235

Yeni araşdırma göstərir ki, sağlamlığa yalnız çəki artımı faktı deyil, həm də onun hansı yaş dövründə baş verməsi ciddi təsir göstərir.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, erkən yetkinlik dövründə çəki artımı ölüm riski ilə daha sıx əlaqəlidir.
 

Araşdırmaya görə, 17–29 yaşları arasında piylənmə inkişaf edən şəxslərdə, 60 yaşına qədər piylənmə yaşamayanlarla müqayisədə, müşahidə dövründə hər hansı səbəbdən ölüm riski təxminən 70 faiz daha yüksək olub.


Tədqiqat İsveçin Lund Universitetinin alimləri tərəfindən aparılıb və çəkinin dinamik izlənməsinə əsaslanıb. Araşdırmada 600 mindən çox insanın məlumatları təhlil edilib və yalnız 17–60 yaş aralığında ən azı üç dəfə çəki ölçməsi qeydə alınmış iştirakçılar nəzərə alınıb.

Alimlərin fikrincə, erkən yaşlarda artıq çəki ilə yaşamaq orqanizmdə uzunmüddətli bioloji stress yaradır. Bu isə bədənə əlavə yük salaraq erkən qocalmaya və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər.
 

Tədqiqat çərçivəsində ümumi ölüm halları ilə yanaşı, ürək-damar xəstəlikləri, müxtəlif xərçəng növləri və 2-ci tip diabetlə bağlı ölüm halları da izlənilib. Nəticələr göstərib ki, istənilən yaşda yüksək çəki artımı ölüm riskini artırır, lakin əsas amil piylənmənin nə qədər müddət davam etməsidir.


Araşdırmada ölüm hallarının ən böyük hissəsinin ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insultla əlaqəli olduğu müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO