ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

Hazırda oxunan: ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

609115

ADY-nin kənar müdaxilələrin dəmir yollarına mənfi təsirləri və bu təsirlərin azaldılması üçün davamlı maarifləndirmə işlərinə və infrastruktur quruculuğuna baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin birinci rübündə yola kənar insan müdaxiləsinə görə ADY maşinistləri 43 dəfə təcili tormozlama ediblər - ümumilikdə 4 toqquşma hadisəsi baş verib.
 

“Sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır. ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır.


Qaydalara əməl edin, diqqəti əldən verməyin ki, təhlükə sizlik olmasın - təhlükəsizlik olsun”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO