Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü

Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü

Hazırda oxunan: Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü
609107
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mingəçevirdə qonşusunun qətlində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Rəsulov 9 il 6 ay azadlıqdan məhrum edilib.
 

İttihama görə, E.Rəsulov işləmək üçün Qazaxıstana gedib. Həmin vaxt qonşusu Bəxtiyar Həsənli Elvin Rəsulovun həyat yoldaşına mesajlar yazıb, onunla münasibət qurmaq istəyib.


B.Həsənli Elvinin həyat yoldaşına dəfələrlə mesaj yazıb, uşağını soruşmaq bəhanəsi ilə onu narahat edib. Daha sonra Bəxtiyar qadına Elvinin Qazaxıstanda qızlarla ona xəyanət etdiyini deyib və bu barədə ona Elvinin videolarını göndərib.

Həyat yoldaşı bu barədə Elvinə məlumat verib. Elvin Qazaxıstandan Mingəçevirə qayıdıb, Bəxtiyarı görüşə çağırıb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Bəxtiyarı bıçaqlayıb.

Bəxtiyar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, əməliyyatdan sonra xəstəxanada vəfat edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatla E.Rüstəmov saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO