Sürücülərin DİQQƏTİNƏ – Axşam saatlarından bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ – Axşam saatlarından bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Hazırda oxunan: Sürücülərin DİQQƏTİNƏ – Axşam saatlarından bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

609062

Həftəsonu paytaxtın daha 3 ünvanında rahat gediş-gəliş üçün təmir aparılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın aşağıdakı 3 ünvanında təmir işləri aparılacaq:

1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)

2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)

3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)

Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.
 

Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.


Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO