Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

Hazırda oxunan: Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

608997

“Binaların aşağı mərtəbələrində yaşayan insanlar astma və digər tənəffüs yolları xəstəliklərinə daha çox həssasdırlar”.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı həkim Dmitriy Yedelev deyib.

Həkimin açılqmasına görə azot-dioksid də daxil olmaqla avtomobillərdən çıxan zərərli maddələrin konsentrasiyası birinci mərtəbə səviyyəsindən də yüksəkdir.
 

“Azot-dioksid gözün, burnun, boğazın selikli qişasını qıcıqlandırır, öskürək, boğaz ağrısı, nəfəs almaqda çətinlik yaradır. Xüsusilə uşaqlarda tənəffüs yolu infeksiyaları, yaşlılarda isə ürək-damar xəstəlikləri riskini artırır. Bu mühit insanlarda allergenlərə qarşı həssaslıq da yaradır”, - Yedelev xəbərdarlığında qeyd edib.


Bundan əlavə, avtomobillərin işlənmiş qazlarının tərkibində dəm qazı da var. Bu, insanlarda baş ağrısı, halsızlıq və ürək bulanmasına səbəb ola bilir.

Bu qazın təsiri nəticəsində xroniki zəhərlənmə yuxu pozğunluğuna və idrak funksiyalarının azalmasına səbəb olur. Yedelev, hamilə qadınlarda düşük riskinin daha yüksək olduğunu söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO