Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO

Hazırda oxunan: Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO
608975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Elxan Zülfüqarovun qardaşı Elman Zülfüqarov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə mərhumun yaxınları xəbər verib.

Elman Zülfüqarov uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib və dializ müalicəsi alıb. O, səhhətində yaranan ağırlaşmalar səbəbindən 69 yaşında dünyasını dəyişib.
 

Qeyd edək ki, Elman Zülfüqarovun qardaşı Elxan Zülfüqarov 1992-ci ildə Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərin iştirakçısı olub. Onu “Edik” kimi tanıyan ermənilər başına mükafat qoyub. 40-dan çox hərbi əməliyyatda iştirak edib. Qısa müddətdə Elxan Zülfüqarova kapitan rütbəsi verilib və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunub.


Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatları əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilib.

Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin! (yenisabah.az)

Milli Qəhrəmanın qardaşı VƏFAT ETDİ – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO