Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

Hazırda oxunan: Şəkidə şəhidin şərəfinə güləş turniri keçirilib - FOTO

608287

Şəki Olimpiya idman kompleksində şəhid Şahmar Soltanlının xatirəsinə Yunan-Roma güləş növü üzrə 15 yaş arası turnir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, turnir Dövlət Himninin sədaları ilə açılıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 

Şəhid Şahmar Soltanlının anası Gülxar Bədirova çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Daha sonra şəhid Cavidan Məmmədlinin anası Xatirə Məmmədova çıxış edərək gənc idmançılara öz xeyir-duasını verib.


Yeniyetmə və gənclərdə idmanın bu növünə diqqət və marağı artırmaq üçün təşkil edilən yarış, həm də onların vətənpərvər ruhda böyüməsinə zəmin yaradır.

Yarışlara qatılaraq yüksək nəticələr göstərənlər Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO