Zaqataladakı yol bu tarixdə TƏMİR OLUNACAQ

Zaqataladakı yol bu tarixdə TƏMİR OLUNACAQ

Hazırda oxunan: Zaqataladakı yol bu tarixdə TƏMİR OLUNACAQ

607816

Zaqatala şəhərində əhalinin ən çox istifadə etdiyi yollardan biri bazar yoludur. Bu yolda vəziyyət hər gün bir qədər də çətinləşir.

Bizim.Media-nın yerli bürosuna müraciət edən sakinlər bildirir ki, “bazar yolu” deyilən ərazi əhalinin ən çox istifadə etdiyi yollardan biridir.
 

Sakinlər yolların kəsiyindəki çuxurların doldurulması və asfatlanması ilə bağlı müvafiq qurumlara müraciət etsələr də hələlik bir nəticəsi olmadığını deyir.


Məsələ ilə əlaqədar şəhər nümayəndəliyindən bildirilib ki, son günlər yağan aramsız yağışlar tək bu küçədə deyil, digər ərazilərdə də bir sıra fəsadlara səbəb olub. Qeyd edilən küçədə də intensiv yağışlardan, gələn sulardan sonra çuxurlar dərinləşib.

Məsələ qaldırılıb və havaların sabitləşməsindən sonra ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO