İTV-nin baş direktoru vəzifəsinə namizədlər üçün sənəd qəbulu ELAN EDİLƏCƏK

İTV-nin baş direktoru vəzifəsinə namizədlər üçün sənəd qəbulu ELAN EDİLƏCƏK

Hazırda oxunan: İTV-nin baş direktoru vəzifəsinə namizədlər üçün sənəd qəbulu ELAN EDİLƏCƏK

607490

"İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının 24 may 2022-ci il tarixli səsverməsi və yekun qərarı ilə 4 il müddətinə seçilib. Beləliklə, hazırki baş direktorun səlahiyyət müddəti hələ başa çatmayıb".

Bizim.Media xəbər verir ki, bu barədə “Apa.az”ın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

"Bundan əlavə qeyd olunmalıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasının keçirilməsi, baş direktorun seçilməsi ilə bağlı prosedur məsələlər “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq müvafiq vəzifəyə namizədlərin müəyyənləşdirilməsi üçün Audiovizual Şura tərəfindən sənəd qəbulu prosesinin aparılması və bu məqsədlə elan verilməsi nəzərdə tutulur. Elan Audiovizual Şuranın rəsmi veb-saytında və mediada dərc olunacaq", - məlumatda bildirilib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO