Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO

Hazırda oxunan: Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO
606657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Gəncə və ətraf şəhər, rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində pravoslav xristianlar gecə saatlarından etibarən məbədə toplaşaraq İsa Məsihin dirilməsini simvolizə edən müqəddəs bayramı qeyd edirlər.
 

Bayram münasibətilə keçirilən dini ayinlər zamanı ölkəmizdə daimi sülhün, əmin-amanlığın və firavanlığın hökm sürməsi üçün dualar olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.


Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda 200-ə yaxın pravoslav ailə yaşayır.

Onlar hər il ənənəvi olaraq Aleksandr Nevski kilsəsinə toplaşaraq dini bayramlarını və mərasimlərini birgə qeyd edirlər.

Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO - foto 1
Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO - foto 2
Gəncə və ətraf rayonlarda yaşayan xristianlar Pasxa bayramını qeyd edirlər - FOTO - foto 3

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO