Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, işgüzar səfər zamanı bir sıra görüşlər keçirəcək.
MÖVZU İLƏ BAĞLI:
Deputatlar Bakıdan çıxmaqdan niyə çəkinirlər? – “Ailəmdə problemlər var”
Bu görüşlərdə iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, səfər fevralın 20-də başa çatacaq.
Bizim.Media