Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Hazırda oxunan: Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO
603744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
 

"Kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsinə "Biləsuvar" gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib.


Yoxlama gedişində nəqliyyat vasitəsindəki "kahı" yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar olunub.

Hadisə ilə əlaqədar araşdırma davam etdirilir.



Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO - foto 1
Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO