Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər

Hazırda oxunan: Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər
602625
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aritmoloq Yelena Qoluxova ürək tutması və xərçəng riskini azaltmağa kömək edən vərdişlərdən danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sağlam həyat tərzi bu xəstəliklərin profilaktikasında əsas rol oynayır. 

Kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik, balanslı qidalanma və siqaretdən imtina ən vacib amillər hesab olunur.
 

Qoluxova həmçinin bildirib ki, qan təzyiqinin, bədən çəkisinin, qan şəkərinin və xolesterol səviyyəsinin mütəmadi nəzarətdə saxlanılması vacibdir. Bu göstəricilər ürək-damar sağlamlığı ilə birbaşa əlaqəlidir.


Həkim qeyd edib ki, bu qaydalara əməl etmək infarkt, insult və xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, bir çox xəstələr əməliyyatdan sonra belə həkim tövsiyələrinə tam əməl etmir. Bu isə təkrar ürək problemləri və ölüm riskini artırır. (E-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO