Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO

Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO

Hazırda oxunan: Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO
601204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Urva kəndində Vətən müharibəsi şəhidi Mayıl Kürəbəyovun atası Kamran Mayıl oğlu Kürəbəyovun dəfn mərasimində iştirak ediblər.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, mərasimdə iştirak edənlər mərhumun ailə üzvləri və yaxınları ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib, səbir arzulayıblar. 

Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igidlərimizin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad olunur. 

Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO - foto 1
Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO - foto 2
Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO