"Kenquru" müsabiqəsi ilə bağlı valideynlərə MÜRACİƏT

"Kenquru" müsabiqəsi ilə bağlı valideynlərə MÜRACİƏT

Hazırda oxunan: "Kenquru" müsabiqəsi ilə bağlı valideynlərə MÜRACİƏT
600058
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hörmətli valideynlər, son vaxtlar bəzi özəl təhsil şirkətlərinin sosial media hesablarında “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsi haqqında elanlara rast gəlinir. Təəssüf ki, bir çox valideyn bu sınaq imtahanlarını rəsmi imtahan kimi qəbul edib".

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) olimpiada ilə bağlı heç bir sınaq imtahanı keçirmir.

"Özəl qurumların təklif etdiyi “Kenquru” sınaq imtahanlarının ARTİ ilə əlaqəsi yoxdur. “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsinin əvvəlki illərdə təqdim edilmiş sualları ilə kenquru-2026.az saytında tanış ola bilərsiniz. Heç bir ödəniş etmədən uşaqların ümumi hazırlığını rəsmi saytdakı suallarla yoxlaya bilərsiniz. Qeyd edək ki, bu beynəlxalq müsabiqə rəsmi olaraq hər il martın 20-dən sonra keçirilir. Azərbaycanda bu tarixlərin Novruz bayramına təsadüf etməsi səbəbindən müsabiqə aprel ayında təşkil edilir", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO