Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

598477

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış və səfərbərlik tədbirləri qanunvericiliklə tənzimlənir.  Vətəndaşların məlumatlandırılması üçün müxtəlif vasitələrdən istifadə olunur. Son illər ənənəvi kağız çağırış vərəqələri ilə yanaşı, SMS və elektron bildirişlər də tətbiq edilir. Lakin təcrübədə belə hallar da baş verir ki, vətəndaş göndərilən SMS-i görmür və ya vaxtında oxumadığı üçün çağırış üzrə hərbi komissarlığa təyin olunan vaxtda getmir. Bu vəziyyətin necə qiymətləndirilməsi suallar doğurur.

SMS-i görməyən şəxs məsuliyyət daşıyırmı? Bildirişin oxunmaması çağırışdan yayınma kimi qiymətləndirilə bilərmi?

Çünki hərbi qeydiyyata alınmaqdan, səfərbərlik tədbirlərindən yayınma, bildirişləri bilərəkdən görməzdən gəlmək inzibati və cinayət məsuliyyəti yaradır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.

Qurum rəsmisi bildirib ki, hər üçü olmaya bilər, lakin istənilən vasitə məlumatlanma hesab olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO