DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur

Hazırda oxunan: DİQQƏT: Bakının bəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulur
597439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, fevralın 20-də saat 23-dən fevralın 23-də saat 8-dək Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində (Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Eyni zamanda, fevralın 21-də saat 8-dən fevralın 23-də saat 22-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri, həmçinin zərurət yarandıqda alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO