Azərbaycanda balıq bahalaşdı

Azərbaycanda balıq bahalaşdı

Hazırda oxunan: Azərbaycanda balıq bahalaşdı
595869
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki günlərlə müqayisədə alıcı sayının artması tələbatı yüksəldib və bu da qiymətlərə təsirsiz ötüşməyib.

Bildirilib ki, xüsusilə xaricdən idxal olunan balıqların qiymətində son bir həftə ərzində hər kiloqram üzrə 1-2 manat artım qeydə alınıb. Hazırda balıq əsasən İran, Rusiya və Türkiyədən gətirilir.
 

Satıcıların sözlərinə görə, əvvəllər 33-34 manata satılan ağ balıq hazırda 36-37 manata təklif olunur. Levrək 20 manata, çupra 18 manata, forel isə 12-13 manata satılır. Xaricdən gətirilən forellərdə də təxminən 1 manat artım müşahidə edilir. İran mənşəli forel və suprada da qiymət artımı qeydə alınıb.


Satıcılar qeyd edirlər ki, Xəzər dənizindən çıxarılan balıq son dərəcə azalıb. Yerli balıq nadir hallarda bazara çıxarılır və satışa təqdim edilən az miqdar da qısa müddətdə tükənir. Çay balıqlarında da azalma müşahidə olunur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO