Evə pəncərədən daxil olub qızılları oğurladı, mağazaya aparıb satdı – ANBAAN VİDEO

Evə pəncərədən daxil olub qızılları oğurladı, mağazaya aparıb satdı – ANBAAN VİDEO

Hazırda oxunan: Evə pəncərədən daxil olub qızılları oğurladı, mağazaya aparıb satdı – ANBAAN VİDEO
594258
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Bizim.Media xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyi ərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərin olmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğu törətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxış anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO