“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”

“Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”

Hazırda oxunan: “Bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları...”
593538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşını bıçaqlayaraq öldürdükdən sonra yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar etdiyi iddia olunur.

Bizim.Media xəbər verir ki, Manset.az-a açıqlama verən Abbas Əliyev hazırda vəziyyətinin yaxşı olmadığını bildirib.
 

“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər”, - məhkəmə sədri qeyd edib.


Qeyd edək ki, hadisə yanvarın 25-də baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, E.Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO