Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO

Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO

Hazırda oxunan: Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO
592614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, 1951-ci il təvəllüdlü Bəxtiyar Hüseynov hazırda Gürcüstanda yerləşən klinikalardan birində ağır vəziyyətdə müalicə olunur.

Bizim.Media xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Bəxtiyar Hüseynovun sənədlərinin itməsi onun Azərbaycana gətirilməsində ciddi çətinliklər yaradıb.

Bildirilib ki, o, 1994-cü ildə Rusiyanın Başqırdıstan Respublikasına gedərək 2001-ci ilə qədər orada yaşayıb və çalışıb. Sonrakı illərdə də müxtəlif vaxtlarda əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə səfərlər edib.
 

Məlumata görə, Hüseynov 2025-ci ilin may ayında işləmək məqsədilə Gürcüstana gedib. Orada olduğu müddətdə sənədləri itib. Bir müddət sonra isə səhhəti kəskin pisləşib və infarkt keçirib. Hazırda o, klinikada ağır vəziyyətdədir.


Qeyd edək ki, Bəxtiyar Hüseynov ailəlidir, iki oğlu və dörd qızı var. Ailəsi onun təcili şəkildə Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlardan kömək gözləyir.



Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO - foto 1
Biləsuvar sakini Gürcüstanda ağır vəziyyətdədir - VIDEO - foto 2


Sabutay, Bizim.Media, Cənun bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO