İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər – FOTO

İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər – FOTO

Hazırda oxunan: İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər – FOTO
584850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İran nömrələri vasitəsilə yazaraq narkotik maddə təklif edən şəxslərin olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, valideyn digər vətəndaşları diqqətli olmağa çağıraraq, xüsusilə yeniyetmələrin və həssas kəsimə mənsub insanların narkotik alverçilərinin tələsinə düşə biləcəyini vurğulayıb.
 

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara müraciət edib. Aparılan araşdırmalar göstərir ki, bu kimi xarici nömrələr, saxta hesablar və bəzi sosial media kanalları müəyyən xarici dairələrdən idarə olunur.


Narkotik şəbəkələri bu vasitə ilə əsasən narkotik aludəçilərini əməkdaşlığa cəlb edir, onların asılılığından istifadə edərək narkokuryer fəaliyyətinə yönəldirlər.

Vurğulanıb ki, bu səbəbdən hər bir sosial media istifadəçisi, xüsusilə valideynlər diqqətli olmalı, övladlarının onlayn fəaliyyətinə nəzarət etməli və şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə polisə məlumat verməlidirlər. (Qafqazinfo.az)

İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO