Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI

Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI

Hazırda oxunan: Bakıda “Siqaretimi kim çəkib?” mübahisəsində üç nəfər BIÇAQLANDI
583472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nərimanov rayonunda 25 yaşlı Elcan Qulamov (soyad şərtidir) üç tanışını bıçaqlayıb.

Bizim.Media Teleqraf.az-a istinadən xəbər verir ki, tərəflərin mübahisəsi siqaret üstündə olub.

Belə ki, dostlar restoranların birində ad günü məclisinə toplaşıb. Məclisin sonuna yaxın
dostlardan birinin siqaretinin yoxa çıxdığı bəlli olub.

Bu zaman siqareti yoxa çıxan şəxs məclis iştirakçılarından “Mənim siqaretimi kim çəkib?” deyə soruşub. Cavab ala bilməyən Sübhan Məmmədov (soyad şərtidir) ümumi olaraq siqaterini götürən şəxs barədə söyüş söyüb.

Bundan sonra Elcanla Sübhan arasında siqaretə görə mübahisə yaranıb. Restoranın çölündə davam edən mübahisənin nəticəsində Elcan Sübhana və mübahisəyə qarışan Fəridlə Rəşada bıçaqla xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işin yekununda Elcan Qulamov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO