Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO

Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO

Hazırda oxunan: Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO
581349
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin (PHŞ) dəstəyi ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Konstitusiya və Suverenlik ilinə həsr olunmuş könüllü qanvermə aksiyası təşkil edib.

Bizim.Media xəbər verir ki, qanvermə aksiyası yüzlərlə xəstəyə həyat bəxş edilməsi, eyni zamanda ictimai həmrəyliyin və humanist dəyərlərin daha da möhkəmlənməsi məqsədi ilə keçirilib.

“Respublika Qan Bankı” PHŞ-nin həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər.
 

Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra talassemiyalı və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.


Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyətinin məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.

Xatırladaq ki, Dövlət Komitəsi Müdafiə Nazirliyi ilə birlikdə də beş ildir “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirir.

Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 1
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 2
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 3
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 4
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 5
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 6
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 7
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 8
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 9
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 10
Dövlət Komitəsində qanvermə aksiyası keçirildi – FOTO - foto 11


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO