Təyyarə qəzası ilə bağlı iddialara Türkiyə Milli Müdafiə Nazirliyindən CAVAB

Təyyarə qəzası ilə bağlı iddialara Türkiyə Milli Müdafiə Nazirliyindən CAVAB

Hazırda oxunan: Təyyarə qəzası ilə bağlı iddialara Türkiyə Milli Müdafiə Nazirliyindən CAVAB
580366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qəzaya uğrayan təyyarədə yalnız heyət üzvləri və texniki qulluq avadanlıqları olub, hərbi sursat daşınmırdı”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, hadisənin səbəbi aparılan qəza-texniki araşdırmadan sonra dəqiqləşəcək.

Nazirlik həmçinin vurğulayıb ki, C-130 tipli təyyarələrin texniki qulluq işləri Türkiyə tərəfindən müntəzəm şəkildə həyata keçirilir və bu tip təyyarələr hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur.

“Qəzaya uğrayan təyyarənin texniki xidmət tarixçəsi araşdırıldıqda, onun sonuncu baxımının 2025-ci il 11 sentyabr – 12 oktyabr tarixləri arasında aparıldığı müəyyən edilib,” – deyə açıqlamada qeyd olunur.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyə artıq C-130 təyyarələrinin uçuşunu dayandırıb. 

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub. Onlardan hamısının nəşi artıq tapılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO