XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

Hazırda oxunan: XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"
579636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"2020-2023-cü ildə Ermənistan tərəfindən heç bir səmimi addım yox idi. Biz də suverenliyimizin bərpası üçün addım-addım gedirdik və 2023-cü ildə bunu tam olaraq bitirdik. Bu yeni reallıqları başa düşən Ermənistan sülh sazişi üçün həqiqi addımlar atmağa başladı. Ona görə də iki il müddətini götürməliyik".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.

“Son iki ildə proqres və son olaraq Vaşinqton razılaşmalarının əldə olunması tarixi dövr baxımından çox kiçik müddətdir. Belə bir qısa müddətdə qalib dövlətlə məğlub olmuş dövlət arasında normallaşma prosesinin belə sürətlə getməsini çox nadir hallarda görmək olar. 2026-cı ildə heç kəs 100 faizlik zəmanət verməsə də, sülh sazişinin imzalanmasına nikbin baxıram", - nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO