Oteldə öldüyü deyilən şair SAĞ İMİŞ - FOTO

Oteldə öldüyü deyilən şair SAĞ İMİŞ - FOTO

Hazırda oxunan: Oteldə öldüyü deyilən şair SAĞ İMİŞ - FOTO

579018

Bu gün oteldə dərmandan zəhərlənərək öldüyü bildirilən şair Elkin Kərimlinin sağ olduğu bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycanda vəkil hoteldə dünyasını dəyişdi – FOTO

Oteldə meyiti tapılan 37 yaşlı vəkil həm də şair imiş – TƏFƏRRÜAT


Bizim.Media xəbər verir ki, Yetim Qacar təxəllüslü şair bu barədə öz feysbuk səhifəsində məlumat verib. 

Məlumatı dəqiqləşdirmək üçün şairin özü ilə danışdıq. O, qeyd edib ki, Elkinin sağ olduğu xəbərini ona yaxın dostu və qonşu kənddən olan Xəlil Adıgözəl verib. 

Xatırladaq ki,  Elkin Zakir oğlu Kərimlinin Yevlax şəhərindəki “Həmdəm” otelində dərmandan zəhərlənərək öldüyü bildirilmişdi. Onun həmçinin, "Fortiori" vəkil bürosunun üzvü olduğu qeyd olunub. 

Qeyd edək ki, şair Elkin Kərimlinin atasının adı Kərəmdir, ölən vəkilin atasının adı isə Zakirdir.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO