Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı

Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı

Hazırda oxunan: Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı
578772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

Bizim.Media “Oxu24.com”a istinadla xəbər verir ki, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində - keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO