Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO

Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO

Hazırda oxunan: Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO
578175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edildi.

Bizim.Media xəbər verir ki, Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli diqqətə çatdırdı ki, 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub.

2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib.
 

Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur. Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.


Təqdimatda “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında da məlumat verildi.

Bildirildi ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir:

““Lahıc” da parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır”.
 

M. Ağabəyli diqqətə çatdırdı ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir.


Belə ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

M.Ağabəyli həmçinin bildirdi ki, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Bundan başqa, kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.
 

Təqdimat çərçivəsində media nümayəndələri Palçıq Vulkanları Turizm Kompleksində yaradılmış muzeylə də tanış oldular. Burada müxtəlif illərdə Azərrbaycan ərazisində yaşamış və xaricdən gətirilmiş nadir heyvanların skeletləri, eləcə də müxtəlif süxur parçaları sərgilənir.


Bələdçi Sevinc Hacıyeva Azərbaycanın məşhur film qəhrəmanı olmuş “King” ləqəbli şir və onun faciəvi aqibəti haqqında da məlumat verdi, hadisənin əslində gerçək səbəblərindən danışdı.

Daha sonra media nümayəndələri kompleksin ərazisindəki fəaliyyətdə olan vulkanlara baxış keçirdilər.

Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 1
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 2
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 3
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 4
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 5
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 6
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 7
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 8
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 9
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 10
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 11
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 12
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 13
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 14
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 15
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 16
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 17
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 18
Tarix və turizm birləşir - Xınalıq “Ən yaxşı turizm kəndi” seçildi - FOTO - foto 19

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO