Azərbaycanda ov mövsümü açıq ELAN EDİLDİ

Azərbaycanda ov mövsümü açıq ELAN EDİLDİ

Hazırda oxunan: Azərbaycanda ov mövsümü açıq ELAN EDİLDİ
574560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 10 oktyabr 2025-ci il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır.

Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub.
 

“Bu səbəbdən Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ov mövsümünün 1 dekabr 2025-ci il tarixinədək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib”.


A.Babayevanın sözlərinə görə, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq. Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

“Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO