Türkiyədəki qarlı hava Azərbaycana təsiri edəcəkmi? – Nazirlikdən RƏSMİ AÇIQLAMA

Türkiyədəki qarlı hava Azərbaycana təsiri edəcəkmi? – Nazirlikdən RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Türkiyədəki qarlı hava Azərbaycana təsiri edəcəkmi? – Nazirlikdən RƏSMİ AÇIQLAMA
57040
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yanvarın 26-dan 27-nə keçən gecədən başlayaraq əvvəlcə Naxçıvan Muxtar Respublikasında, yəni ölkənin qərb rayonlarında hava şəraiti yağıntılı olacaq, qar yağacaq”.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Türkiyədəki qarlı havanın Azərbaycana təsiri barədə danışarkən deyib.

O qeyd edib ki, Azərbaycanda yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir:

“Əksər rayonlarda axşamadək hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq. Lakin yanvarın 27-də gün ərzində və 28-nə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında havanın yağıntılı keçməsi, su qar yağması gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq və bir qədər intensivləşəcək”.

U.Tağıyevanın sözlərinə görə, Türkiyə ilə müqayisədə hava şəraiti Azərbaycanda daha yumşaq formada özünü göstərəcək:

“Yanvarın 27-si günün ikinci yarısında axşama doğru rayonlarda və paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Küləyin ani maksimal sürəti 15-20 olacaq, arabir 23-25 m/s-dək olacaq.

Yanvarın 28-də gündüz saatlarında külək mülayimləşəcək. Yağıntıların kəsilməsi isə yanvarın 28-i axşama doğru gözlənilir. Sonrakı iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO