“Gəncədə raket zərbələri nəticəsində zərər görən məktəblər yenidən qurulacaq” - Muxtar Məmmədov

“Gəncədə raket zərbələri nəticəsində zərər görən məktəblər yenidən qurulacaq” - Muxtar Məmmədov

Hazırda oxunan: “Gəncədə raket zərbələri nəticəsində zərər görən məktəblər yenidən qurulacaq” - Muxtar Məmmədov
56473
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gəncədə növbəti illərdə daha bir neçə məktəbin yenidən qurulması nəzərdə tutulur. Bu istiqamətdə artıq işlər aparılır. Bu şəhərin 9, 11 və 29 sayli məktəbləridir”.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bunu Gəncədə səfərdə olan Azərbaycan Təhsil Nazirinin müavini Muxtar Məmmədov verib.

Onun sözlərinə görə, 9 və 11 sayli məktəblərin layihələrinin qiymətləndirilməsi prosesi hazırda gedir:
 

“44 günlük müharibə zamanı ermənilərin raket zərbələri nəticəsində Gəncənin digər infrastrukları ilə bərabər bir neçə məktəbinə də zərər dəymişdir.


Bunlar arasında 9 və 11 saylı orta məktəblərdə müvafiq qurumlarla birlikdə hazırda dəymiş ziyanın hesablanması aparılır. Növbəti illərin dövlət proqramları çərçivəsində həmin məktəblərin təmir və bərpası, yaxud yenidən tikilməsi həmin qurumların birgə qəbul etdukləri qərardan sonra müəyyən olunacaq və plana salınacaq” - deyə nazir müavini əlavə edib.

Məqsəd Rəhimov Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO