Universitetlərdə Sovet mirası – Rektordan MARAQLI YANAŞMA

Hazırda oxunan: Universitetlərdə Sovet mirası – Rektordan MARAQLI YANAŞMA

56203

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov universitetlərin fəaliyyətində sovet dönəmindən qalan ənənələrlə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, rektor özünün sosial şəbəkə hesabında “Universitetlərdə Sovet mirası” başlığı altında yazdığı statuslarda günümüzdə universitetlərdə SSRİ dövrünün təcrübələrinin tətbiq olunmağa davam etdiyini qeyd edib.

Ədalət Muradov ilk statusda aşağıdakı fikirləri qeyd edib:

“Sovet dönəmində belə qəbul edilirdi ki, bütün tələbələrin bilik səviyyəsi vahid yanaşma ilə, yəni mövcud səviyyəsindən asılı olmayaraq hamı üçün eyni metodologiya, eyni pedaqoji texnologiyalar və alətlərlə və eyni sürətlə artırıla bilər.
 

Başqa sözlə, hər bir tələbənin fərdi keyfiyyətləri nəzərə alınmaqla tədris prosesinin fərdiləşməsi tətbiq edilmirdi. Bu gün də vəziyyət eynidir”.


Fikirlərinin davamında rektor sovet yanaşmasını zəruri edən səbəblərin aradan qalxmasına baxmayaraq, eyni sistemin tətbiqinə davam edildiyinə diqqəti yönəldib:

“Sovet dönəmində təhsil proqramlarının məzmunu, o cümlədən təhsil standartları, təhsil proqramları və hətta fənn proqramları bəlli səbəblərdən universitetlər tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada müəyyən edilir və təsdiqlənirdi. Ona görə də universitetlər arasında keyfiyyətli təhsil uğrunda rəqabət mümkünsüz idi. Sovet yanaşmasını zəruri edən səbəblər aradan qaldırılsa da, bu sistem bu gün də tətbiq edilməkdədir”.

Sonda isə, Ədalət Muradov hər şeyin yaxşı olacağına inamını ifadə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO