Azərbaycanda məktəb yaşı dəyişdirilə bilərmi? - Ekspert və Psixoloqdan CAVAB

Azərbaycanda məktəb yaşı dəyişdirilə bilərmi? - Ekspert və Psixoloqdan CAVAB

Hazırda oxunan: Azərbaycanda məktəb yaşı dəyişdirilə bilərmi? - Ekspert və Psixoloqdan CAVAB

56197

Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununa əsasən, məktəbə qəbul 6 yaşdan başlanır. Eyni zamanda, dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər. Bəzən valideynlər övladlarının məktəb həyatına tez başlamalarını istəyirlər. Bu da son zamanlar sosila şəbəkələrdə qızğın mübahisələrə səbəb olub. Bəzi istifadəçilər Qərbdə olduğu kimi, təhsilə 5 yaşından başlanmasını təklif edirlər.

Bəs görəsən uşaq hansı yaşda orta məktəb məsuliyyətinə hazır olur?
 

MÖVZU İLƏ BAĞLI:

91 minə yaxın şagird STEAM tədrisinə cəlb edildi - FOTO


Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında uşaqların məktəb həyatına tez getməklərinin əleyhinə olduğunu bildirib:

“Məktəbə getmək üçün uşaqlarda standart yaş 6-dır. Avropanın bəzi məktəblərində hətta ölkəmizdə də artıq 5 yaşlı uşaqların məktəbə qəbulu prosesi aparılır. Amma bunun tərəfdarı deyiləm. Çünki uşaqlar o yaşda hələ də valideyn qayğısı altında olmalıdırlar. Düzdür bəzi fitri istedadlı uşaqlar var ki, onlar 5 yaşından xüsusi komissa tərəfindən rəy verilməklə məktəbə qəbul olunurlar. Amma hazırki dərs yükünün çoxluğunu nəzərə alsaq, uşaqların vaxtından tez məktəb həyatına başlamaqlarının tərəfdarı deyiləm. 6 yaş məktəbə başlamaq üçün tam uyğundur”.

Psixoloq Mədinə Rəsulovanın sözlərinə görə isə yaş məsələsi hər bir uşaq üçün individualdır. Və valideyn özü uşağın tədris prosesinə necə hazır olduğu barədə məlumatlı olmalıdır:

“Bu məsələyə individual yanaşılmalıdır. Valideyn ilk növbədə övladını tanımalıdır. Beynin sağ və sol yarımkürələri var. Bu yarımkürələrin inkişafına əsasən uşaqlardakı beyin potensialını və qavrama bacarığını aşkara çıxarmaq mümkündür. Çünki elə uşaq var ki, məktəbə 5 yaşında da getsə, 6-7 yaşlı uşaqlarla ayaqlaşa bilir. Bu uşaqlar normal balansda diqqətini saxladığı təqdirdə, daha çox hiperaktiv ola bilirlər.
 

Onların beyin  neyronları o qədər aktiv olur ki, özlərindən böyüklərlə ayaqlaşa bilirlər. Lakin bəzi hallarda bunun əksi də olur. Belə ki, həmin uşaqlar 6 yaşına çatmış olsalar da, məktəbə və həmyaşıdlarına adaptasiya ola bilmirlər. Bu uşaqlar da introvert tipli və sakit təbiətli olurlar.


Valideynlərə tövsiyəm budur ki, övladlarını məktəbə qoymamışdan öncə onların psixoloji və bioloji yaşlarının üst-üstə düşüb düşmədiyini aşkarlasınlar. Bununla da uşaqların məktəbə başlamaq yaşını düzgün aşkarlamaq mümkündür”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO