Koronavirus pandemiyası üzündən dünyada səyahətlərin məhdudlaşdırılması nəticəsində cari ilin 10 ayı ərzində turizm sektoruna bütövlükdə 935 milyard ABŞ dolları məbləğində zərər dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatından (UNWTO) bildirilib.
Məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində turizm infrastrukturunun qəbul etdiyi əcnəbi turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 900 milyon nəfər az olub. Nəticədə turizm sektorunun 1990-cı il səviyyəsinə qayıtdığı qeyd olunub.
Cari ilin yekununda beynəlxalq turistlərin sayının 70-75 faiz azalacağı gözlənilir. Bu da 1,1 trilyon ABŞ dolları həcmində maliyyə itkiləri deməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:01 / 17.12.2020
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Hazırda oxunan: Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Hazırda oxunan: Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
5564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.