“Avtoş”ların ölüm yarışı -  VİDEO

“Avtoş”ların ölüm yarışı - VİDEO

Hazırda oxunan: “Avtoş”ların ölüm yarışı - VİDEO

55554
Xoşbəxtlikdən dayanacaqda olanlar vaxtında kənara çəkilib qaça bilirlər.

Bu kadrlar Bakının Yusif Səfərov küçəsində çəkilib. 

Moderator.az  Avtosfer.az-a istinadən xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında qeydə alınmış qəza nəticəsində xəsarət alan olub. Hadisəyə səbəb isə “avtoş”lardır.

Kadrlardan da görünür ki, qara və ağ rəngli avtomobillər ötüşürlər və sürətlə hərəkət edirlər. Elə sürətin yüksək olmasının nəticəsidir ki, ağ maşın yolun kənarında dayanmış “Mercedes”ə çırpılaraq onu yolun ortasına atır. “Avtoş”luq edən maşın özü isə idarəetməni itirərək avtobus dayanacağına şütüyür. Lakin xoşbəxtlikdən dayanacaqda olanlar vaxtında kənara çəkilib qaça bilirlər. Maşın isə daha iki avtomobilə çırpılaraq onları da əzir və dayanır. Bundan sonrakı mənzərə isə göz qabağındadır. Tamaşaçılar və sıxlıq, ardınca da tıxac.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO