Videoda gordüyünüz ərazi Nizami kinoteatrının qarşısıdır. Yol bütün istiqamətlərdə bağlıdır, amma yol polisi piyada keçidinin yanında dayanaraq insanları keçiddən istifadə etmədiyinə görə cərimələyir.
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov şəxsi facebook səhifəsində məlumat verib:
“Məni də saxlayanda ona iradımı bildirdim ve insanları qanunsuz cəriməlidiyini bildirdim. Mənə keçiddən istifadə etməməyin qanun pozuntusu olduğunu dedi. Təkrar geri qayıdıb düz yolun ortasında dayandım və cərimələnməyimi tələb etdim. Müxtəlif bəhanələrlə tələbimdən yayındı. Həmin polis əməkdaşlarının düz 10 metrliyində yolun bağlı hissesində motosikletçilər şou gösterir ve sözün həqiqi mənasında insanların həyatı ilə oynayır”





































































































