Əgər qulaq çöpünün üzərində sarı rəngli maye görürsünüzsə...

Əgər qulaq çöpünün üzərində sarı rəngli maye görürsünüzsə...

Hazırda oxunan: Əgər qulaq çöpünün üzərində sarı rəngli maye görürsünüzsə...

53475

Bəzən ətrafımızdakı insanlardan "qulağım yaman ağrıyır" ifadəsini eşidirik. Xüsusilə qrip olanda və ya bərk soyuqdəymə zamanı qulağımızda dalğavari ağrılar hiss edirik.

Bəzən buna önəm vermirik, amma mütəxəssislər bunun ciddi fəsadlar yarada biləcəyini qeyd edir. Həkimlər hər 2-3 gündən bir qulaqların xüsusi qulaq çöpləri vasitəsilə təmizlənməli olduğunu qeyd edirlər. Diqqətli olun. Əgər qulaq çöpünün üzərində qan ləkəsi, sarı rəngli maye görürsüzsə bu, sizdə aşağıdakı problemlərin olduğuna işarədir.

Bizim.Media qulaqda yaranan problemləri tez zamanda müəyyən edə biləcəyiniz üsulları təqdim edir:

1. Qulaq çöpünün üzərində qan ləkəsi görürsüzsə...

Bu qulaqda iltihab prosesinin olduğuna işarədir. Qulaq çöplərini çox dərin nahiyyəyə qədər yeritmək olmaz. Əgər belə etmisizsə, qulaq pərdəsini zədələmisiz deməkdir. Hər iki halda yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməkdə fayda var.

2. Əgər qulaq çöpünün üzərində boz rəngli ləkə varsa...

Bu o qədər də riskli hal hesab edilmir. Toz yığıntısı ola bilər.

3. Tünd qonur rəngli ləkə olarsa...

Bu sizin çox gərginlik, stress keçirtdiyiniz üçün yaranır. Bəzən güclü stress nəticəsində qulaqdan çox az miqdarda qonur rəngli maye axa bilər. Amma bu, qulaq pərdəsinə olduqca zərər vurur. Çalışın əsəblərinizi cilovlayın.

4. Qara rəngli ləkə...

İlk dəfə rastlaşdığınız hal olarsa, keçmək olar. Yox əgər mütəmadi olaraq qulağınızı təmizləyərkən qara rəngli mayenin olduğunu görürsüzsə, bir müddət sonra bu sizə qaşınma, hətta allergiya da verə bilər. Çünki qulağınızda infeksiya var.

5. Qulaq çöpü ağappaqdırsa...

Qulaqda pərdəni müdafiə edən xüsusi selikli pərdə mövcuddur. Mümkün deyil ki, qulaq çöpünü qulağınıza saldığınız kimi çıxarasanız. Əgər heç bir ləkə belə yoxdursa, bu o deməkdir ki, sizin orqanizminiz zəruri vitaminlərlə təmin olunmur. Bu, özü də ciddi problemdir.

6. Qulaq çöpündən qoxu hiss edirsinizsə...

Bu halda birbaşa həkimə müraciət etməlisiz. Bu, qulağınızda irin toplandığına işarədir.

7. Quru çirk ovuntuları varsa...

Bədəninizdə yağ miqdarı normadan aşağıdır.

8. Maye halında axıntı varsa...

Bu ciddi xəstəliklərə işarədir. Dərhal həkimə müraciət edin.

Sonda nəzərinizə çatdıraq ki, baxmayaraq ki, bir çox insanlar qulaqlarını qulaq çöpləri ilə təmizləyir, bu düzgün sayılmır. Qulaqların içini təmizləmək ehtiyac yoxdur. Buna ehtiyac yarandlqda isə mütəxəssisə müraciət etmək lazımdır.

Qulaq üzü-ozünü təmizləyən orqandır. Qulaqda yığılan "çirk" isə eşitmə orqanlarımızı infeksiya və mikroblardan qoruyan xüsusi maddədir.

LOR həkimlərin müşahidələrinə görə, məhz qulaq çöplərindən istifadə bir çox qulaq xəstəlikləri, travma və infeksiyaların əsas səbəbidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO