Avtomobilində pirotexniki vasitələr satan qadın saxlanıldı - FOTO

Hazırda oxunan: Avtomobilində pirotexniki vasitələr satan qadın saxlanıldı - FOTO

52788

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə şəhər ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər sakini Vüsalə Adilova “bazar” adlanan ərazidə özünə məxsus “Changan” markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.

Şöbəyə dəvət edilən qadının idarə etdiyi  nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb.

V.Adilova barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

Ehtiram Muradov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO