Azərbaycanda danışıq bloku üzrə imtahan keçirildi - İlk dəfə

Azərbaycanda danışıq bloku üzrə imtahan keçirildi - İlk dəfə

Hazırda oxunan: Azərbaycanda danışıq bloku üzrə imtahan keçirildi - İlk dəfə
52559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci il 25-26 dekabr tarixlərində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada–kompüter proqramı vasitəsilə həyata keçirilib.

İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20-25 dəqiqəlik vaxt ayrılır.

Danışıq bloku üzrə imtahana buraxılmış 294 iddiaçıdan 284-ü imtahanda iştirak edib. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, iddiaçılar danışıq bloku üzrə imtahan üçün nəzərdə tutulmuş kompüter proqramının demo versiyası ilə öncədən DİM-in saytında tanış olmuşdular.

Müvafiq proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO