Peşəkar Mühasib Sertifikatı almaq istəyənlər imtahan verdi – II mərhələ 

Peşəkar Mühasib Sertifikatı almaq istəyənlər imtahan verdi – II mərhələ 

Hazırda oxunan: Peşəkar Mühasib Sertifikatı almaq istəyənlər imtahan verdi – II mərhələ 
52542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 dekabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 1 binada təşkil olunub.

MÖVZU İLƏ BAĞLI:

Bu gün sınaq imtahanları keçiriləcək - 2 fənn üzrə


İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 20 nəzarətçi-müəllim, 2 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır.

İmtahanda maksimum 100 bal toplamaq mümkündür. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO