Bizdə niyə dəniz, film, ov turizmi yoxdur? – Fazil Mustafadan SUAL

Bizdə niyə dəniz, film, ov turizmi yoxdur? – Fazil Mustafadan SUAL

Hazırda oxunan: Bizdə niyə dəniz, film, ov turizmi yoxdur? – Fazil Mustafadan SUAL

50597

“Biletlər bahadır, Azərbaycana gəlmək çox bahadır. Bu belə qaldıqca biz digər ölkələrə Gürcüstan, Türkiyəyə uduzacağıq və ölkədə turizm inkişaf etməyəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı “Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat viza məsələsində çətinliklərindən də danışıb. Tezliklə, Azərbaycana gələn turistlər üçün viza məsələsi həll olunmalıdır.

“Bundan başqa bizdə ovçuluq və film turizmi də inkişaf etdirməliyik. Gürcüstanda elə ərazilər var ki, ancaq film çəkilişləri üçün nəzərdə tutulub. Biz də bu sferaları inkişaf etdirməliyik”.

F.Mustafa həmçinin turistlərin dələduzlar tərəfindən aldadılmaları məsələsinə də diqqət yetirməyin vacibliyini vurğulayıb.

“Biz bunun qarşısını almalıyıq ki, sabah o da gedib ğz ölkəsində Azərbaycana getməyin, aldanarsız desin. Bunun üçün xüsusi qanunlar qüvvəyə minməlidir. Bundan başqa dəniz turizmini də inkişaf etdirməliyik. Bəlkə yeganə xalqıq ki, dəniz turizmindən istifadə edə bilmirik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO