Bakıda qətl törədən qardaşlar saxlanıldı

Hazırda oxunan: Bakıda qətl törədən qardaşlar saxlanıldı

48166

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Bizim.Media daxil olan məlumatda deyilir:

"Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub. 

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil verilmişlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO